“Səba” toyuqlarını 40-dan artıq ölkəyə ixrac edə bilər
Bizi izləyin

Qırmızı.az

“Səba” toyuqlarını 40-dan artıq ölkəyə ixrac edə bilər

“Səba” bütöv və parça toyuq məhsulları 40-dan artıq ölkədə tanınan beynəlxalq halal sertifikatına layiq görülüb. Dünyanın 20-dən çox nüfuzlu halal qida qurumunun, o cümlədən müsəlman əhalisinin sayı ilə öndə olan Malaziya və İndoneziya kimi ölkələrin ali dini qurumlarının təsdiqlədiyiGİMDES “Halal və Tayyib sertifikatı “Səba”-nın bu məhsullarının tələb olunan bütün qaydalara cavab verdiyini bildirir.

Bu Halal sertifikatı “Səba”-ya toyuq məhsullarını yüksək halal standartlarına malik Malaziya, İndoneziya, Sinqapur, Tailand, Cənubi Afrika, Malavi, Yaponiya, Çin, Hindistan, Böyük Britaniya, Avropa Birliyi ölkələri, Kanada, Filippin, Yeni Zelandiya, Tayvan, Amerika Birləşmiş Ştatları, Avstraliya kimi ölkələrə ixrac etmək imkanı verir.

Halal sertifikatı “Səba”-nın 2 illik standartlaşma fəaliyyətinin nəticəsidir. Belə ki, GİMDES təşkilatının Halal sertifikatına layiq görülmək üçün təkcə kəsimin qaydalara uyğunluğu kifayət deyil.

Tələblərə görə, qurumun mütəxəssisləri “Səba” qəssabxanasında kameralar quraşdıraraq, kəsimin qaydalara cavab verdiyini birbaşa öz ofislərində izləyirlər. Bu müşahidələr sertifikat qüvvədə olduğu müddətdə, o cümlədən hal-hazırda da davam edir. “Səba”-nın bütün qəssabları (5 nəfər) kəsimə verilən tələblər üzrə treninq keçərək sertifikat alıblar. Qəssabların hər birinin ibadətkar-dindar müsəlman olması da sertifikatlaşmanın əsas tələblərindəndir. Əgər yeni qəssab işə alınarsa, şirkət onun da eyni treninqi keçəcəyinə cavabdehdir. Qəssablar üçün ibadət otağının ayırılması da “Səba”-nın öhdəliklərindəndir.

Kəsim qaydalarına riayətdən başqa, toyuqlara verilən qidanın tərkibi də sertifikatı verən qurum tərəfindən yoxlanılıb. “Səba” yemində biotexnoloji üsulla əldə edilmiş, yəni geni modifikasiya olunmuş, eləcə də insan orqanizminə zərərli, islam dini ilə qadağan maddələrin olmadığı təsdiqlənib.

Halal sertifikatı toyuqların bəslənməsi, məhsulun qablaşdırılması zamanı da təmizliyə və halal qaydalarına riayət edilməsinə zəmanət verir.

Qeyd edək ki, “Səba” toyuqlarının kəsimi zamanı tələb olunan halal qaydalarına riayət etməsini Qafqaz Müsəlmanları Ruhani İdarəsi də təsdiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm