TQDK dərsliklərin monitorinqinə başlayır
Bizi izləyin

Qırmızı.az

TQDK dərsliklərin monitorinqinə başlayır

İbtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar oktyabrın 28-dən başlayacaq.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Ümumi və tam orta təhsil səviyyələrinin VII, X və XI siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə növbəti ilin yanvarından fəaliyyətə başlayacaq.


TQDK-nın regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirakı ilə nəzərdə tutulan elmi-metodiki seminarlar internet vasitəsilə onlayn rejimdə yuxarıda qeyd edilən vaxtda fəaliyyətə başlayacaq.

Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında elmi-metodiki seminarlar təşkil olunacaq.


Qeyd edək ki, seminarlarda iştirak etmək istəyənlər TQDK-nın Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib, qeydiyyatdan keçməlidirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm