Erməni idmançılar Azərbaycanı gəzəcəklər
Bizi izləyin

Qırmızı.az

Erməni idmançılar Azərbaycanı gəzəcəklər

Ermənilər də digər idmançılar kimi turlara qatılması planlaşdırılır.

Publika.az-ın məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev jurnalistlərə deyib ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı tədbirdə ölkəmizə gələcək, idmançılar, o cümlədən turistlər Azərbaycanın gəzməli və görməli yerləri ilə tanış olmaq üçün turlar təşkil olunacaq: “Paytaxt Bakı daxil olmaqla, bölgələrdə olan tarixi abidələrə səfərlər planlaşdırılır. Onların təhlükəsizlik məsələsinə xüsusi diqqət yetiriləcək. Artıq regionlarda marşrut xətləri müəyyən edilib və bələdçilər fəaliyyət göstərəcək”.

Nazirlik rəsmisi əlavə edib ki, digər idmançılar kimi Avropa Oyunlarda iştirakı nəzərdə tutulan erməni idmançılar da istəkləri əsasında turlarda iştirak edə biləcəklər.

Xatırladaq ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına erməni idmançılarının qatılması ilə bağlı rəsmi məktub göndərilib. Artıq qarşı tərəf Oyunlarda iştirakı təsdiqləyib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm