(R) Azercell-dən Avrasiya ölkələrində rominq dublikatı imkanı!
Bizi izləyin

Qırmızı.az

(R) Azercell-dən Avrasiya ölkələrində rominq dublikatı imkanı!

Azərbaycanın lider mobil operatoru Azercell Telekom abunəçiləri üçün daha bir yeniliyi istifadəyə verib. Bu dəfə Azercell rominqdə dublikat xidməti ilə abunəçilərini sevindirir. Belə ki, sentyabr ayının 22-dən etibarən TeliaSonera ailəsinə aid olan Qazaxıstanın Kcell mobil opeartoru ilə Azercell Telekom arasında olan razılaşmaya əsasən rominqdə olan müştərilər, simkart dəyişikliklərini Müştəri Xidmətləri ofislərinə müraciət edərək həyata keçirə bilərlər. Bunun üçün Kcell abunəçiləri Bakı şəhəri B.Bağırova 2 ünvanında yerləşən Müştəri xidmətləri ofisinə müracət edə bilər. Azercell abunələri isə Almatı və Astana şəhərlərində Kcell-in aşağıda qeyd edilmiş ünvanlarda yerləşən Müştəri xidmətləri ofislərinə yaxınlaşaraq, bu xidmətdən yararlana bilərlər.

Almatı

Samal-2, Bina 100, Bazar ertəsi.-Cümə günü. 09/00-20/00. Şənbə. – 09/00-18/00.

Almatı

Alimjanov küç. 51, Bazar ertəsi.-Cümə günü. 09/00-20/00. Şənbə. – 09/00-18/00.

Astana

Resbublika küç. 8, Bazar ertəsi.-Cümə günü. 09/00-20/00. Şənbə. – 09/00-18/00.

Astana

Almatı küç. 1, 1 (Asyltau Biznes Mərkəzi) Bazar ertəsi.-Cümə günü. 09/00-20/00. Şənbə. – 09/00-18/00.

Qeyd edək ki, rominqdə dublikat xidməti TeliaSonera Avrasiya çərçivəsində bu qrupa daxil olan digər ölkələrlə də davam etdiriləcək. Məlumat üçün bildirək ki, TeliaSonera Avrasiya ailəsinə daxil olan mobil operatorlar arasında mütəmadi olaraq yeni xidmətlər və rominqdə endirimlər həyata keçirilir. Belə ki, bu yay Azercell-lilər bir çox ölkələrdə, o cümlədən TeliaSonera ailəsinə daxil olan mobil operatorlar ilə rominqdə olarkən çox sərfəli qiymətlə danışa bildilər. Dünyanın 14 ölkəsinə səyahət edən Azercell abunəçiləri rominq zamanı Azərbaycan və digər ölkələrlə cəmi 50 qəpiyə danışdılar. Bu qiymət Danimarka, Estoniya, Finlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova, Norveç, Gürcüstan, , İspaniya, İsveç, Tacikistan və Özbəkistan üçün tətbiq edildi.

Onu da bildirək ki, yay mövsümü ilə əlaqədar Azercell Telekom əvvəllər rominq xidmətlərinin açılması üçün lazım olan depozit hesabını da ləğv etdi.

Azercell Telekom 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib. İndi Azercell abunəçiləri bütün beynəlxalq zənglərə görə cəmi 32 qəpik ödəyirlər. Eyni zamanda, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in verdiyi bu üstünlükdən yararlana bilirlər.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm