Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşı oldu
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşı oldu

Türkiyənin böyük bölgələrindən biri olan Karabükun Bələdiyyə Məclisi millət vəkili, Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib. Publika.Az-ın verdiyi xəbərə görə, Karabük bələdiyyə başqanı Rafet Vergili başkanlığında keçirilən bələdiyyə toplantısında Bələdiyyə məclisinin sədri tərəfindən irəli sürülən bu təşəbbüsü qəbul edərək məclisin gündəliyinə salıb. Bələdiyyə sədri tərəfindən irəli sürülən təklifdə və onun çıxışında vurğulanıb ki, Türk Dünyası üçün, birlik və bərabərliyimiz üçün çalışan, qardaş iki ölkə arasındakı münasibətlərin inkişafı üçün davamlı çalışmaları, yazdığı kitab və çıxışları ilə Karabükün tanıdılmasına, təbliğinə böyük dəstəklərindən dolayı ona Karabükün Fəxri Vətəndaşı adı verilməsimüsbət addım olardı.

Qənirə Paşayevanın Türkiyəni, xüsusilə Karabükü fəxri elçisi olaraq hər zaman tanıtdığı və təbliğ etdiyi vurğulanaraq millət vəkilinin Karabük fəxri vətəndaşı adı ilə təltif edilməsi təklif edilib. Müxtəlif tədbirlər, konfranslar çərçivəsində tez-tez Karabükə gələn Q.Paşayevanın "Doğmaca evim kimi-Karabük" başlıqlı böyük tanıtım yazısı və Karabükü hər zaman sevgi ilə təbliğ etməsi ilə bu bölgənin insanlarının rəğbətini qazandığı vurğulanıb. Bələdiyyə başçısı Rafet Vergilinin rəhbərliyi ilə keçirilən toplantıda bələdiyyə başçısının təklifi səsverməyə qoyularaq yekdilliklə qəbul olunub.

Bələdiyyə başçısı R.Vergili bildirib ki, “Dost və qardaş ölkə Azərbaycanın millət vəkili olan Q.Paşayevanın bölgəmizə olan və hər fürsətdə dilə gətirdiyi sevgisini təqdir edirik. O, bir Karabüklü idi. Bu sənədlə birlikdə qardaşlığımızı daha da gücləndirdik"-deyə bələdiyyə başçısı R.Vergili bildirib. Bildirilib ki, Fəxri Vətəndaşlıqla bağlı rəsmi sənəd yaxın günlərdə Karabük bələdiyyəsində də təşkil olunacaq rəsmi tədbirlə millət vəkili Q.Paşayevaya təqdim ediləcək.

Millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində bu qərara görə Karabük bələdiyyəsinə təşəkkür edib.”Karabük bələdiyyə məclisinə, başqanı dəyərli Rafet bəyə və bütün məclis üzvlərinə məni Karabük fəxri vətəndaşlığına layiq gördüklərinə və fəxri hemşeri adı verilməsi ilə bağlı qərar qəbul etdikləri üçün təşəkkür edirəm!Karabük fəxri vətəndaşı olmaq mənim üçün böyük bir qürur və şərəfdir!Karabük haqqında yazımı mənə bu gözəl bölgədə özümü öz evimdəki kimi hiss etdirən dəyərli dostlara dəyərli bələdiyyə başqanı Rafet bəyə, yardımçılarına, bələdiyyə məclis üzvlərinə, dəyərli valimiz İzettin bəyə və gözəl xanımına,Karabükün çox dəyərli millət vəkili Mehmet Ali Şahinə bəyə və ailəsinə, qardaşım Şükrü bəyə və digər bütün dostlara böyük təşəkkür edirəm! "Doğmaca evim kimi-Karabük" adlandırmışdım sevimli Karabüklə bağlı yazımı .Təşəkkürlər Karabük və orada yaşayan qardaş-bacılarımız! Sizi çox sevirəm və Karabük fəxri vətəndaşı adını doğrultmaq üçün sizinlə birgə mən də Karabük üçün əlimdən gələni etməyə çalışacam. Gözəl Karabükü görməyən dostlara isə mütləq bu gözəl bölgəni ziyarət etməyi, qədim Safranbolunu görməyi tövsiyyə edərdim.”

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm