Yağışlı hava Bakıda böyük tıxac yaratdı
Bizi izləyin

Qırmızı.az

Yağışlı hava Bakıda böyük tıxac yaratdı

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə Publika.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Belə ki, hazırda Babək prospektindən şəhər istiqamətinə, H.Əliyev prospekti istiqamətində, A.Cəlilov, Ü.Hacıbəyov, 28 May, S.Vurğun küçələri, Təzə Bazar, H.Əliyev adına Təhsil Kompleksinin qarşısında, həmçinin C.Cabbarlı küçəsi Nizami metrosu istiqamətində, Azadlıq Prospekti, S.Əsgərova küçəsinin kəsişməsi,Azadlıq prospekti Cəfər Xəndan küçəsində tıxac müşahidə edilir.

Bundan başqa, Bakı-Sumqayıt şosesi, 20 yanvar dairəsi, 8-ci kilometr bazarının qarşısı, Ə.Rəcəbli küçəsi ilə Z.Bünyadov küçəsinin kəşisməsi, Koroğlu metrosundan şəhər istiqamətində, H.Əliyev prospektində, Z.Bünyadov prospekti 20 Yanvar dairəsi istiqamətində tıxacdır.

Bülbül prospekti, Sahil metrosunun qarşısı, Z.Əliyev küçəsi Neftçiər prospekti istiqamətində, Bakıxanov körpüsü, S.Vurğun küçəsi istiqamətində, H.Əliyev prospektindən Gülayə Qədirova küçəsində, H.Əliyev prospekti və H.Əliyev mərkəzinin qarşısında tıxac müşahidə edilir.

NİİM-dən verilən məlumatda bildirilir ki, səhər saatlarından başlanan tıxac bəzi küçə və prospektlərdə nisbətən azalıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm