Balıqçıların öldürdüyü polis dəfn olundu – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Balıqçıların öldürdüyü polis dəfn olundu – FOTOLAR

Faciəli şəkildə dünyasını dəyişən polis əməkdaşı dəfn olunub.

Publika.az-a mərhumun yaxınlarının verdiyi məlumata görə, o doğulduğu və boya-başa çatdığı Şirinsu kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələri, Polis rəisləri və iş yoldaşları, o cümlədən doğmaları və kənd ağsaqqalları iştirak ediblər.

Xatırladaq ki, dünən gecə Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirov dənizdə reyd aparan zaman balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrikin qurbanı olub.

Hadisə nəticəsində 2 nəfərin saxlanıldığı deyilir.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm