DİN Şəmkirdəki qətllə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN Şəmkirdəki qətllə bağlı məlumat yaydı

Oktyabrın 2-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qəsəbə sakini Rəşid İmanovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.


Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin R.İmanovun qohumu Mirnazir Allahverənov tərəfindən törədilməsi müəyyən edilmişdir.


Hadisə yerində “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür. Şəmkir RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm