Tələbələr uşaq evində
Bizi izləyin

Qırmızı.az

Tələbələr uşaq evində

Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllimi və tələbələri Qurban bayramı münasibətilə Quba şəhəri yetim və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün internat məktəbini ziyarət ediblər.

Universitetdən Publika.az-a verilən xəbərə görə, müəllimlər uşaqlara ADİU haqqında ətraflı məlumat veriblər. Tələbələr isə seçdikləri ixtisas, onun gələcək perspektivləri barədə uşaqlarla fikirlərini bölüşüblər. Uşaqlar müəllim və tələbələrə İqtisad Universiteti haqda onları maraqlandıran sualları ünvanlayıblar.

Sonra müəllim və tələbələr uşaqlarla bir yerdə müxtəlif intellektual və əyləncəli oyunlar keçiriblər. T tələbələr uşaqlara oyuncaqlar, ərzaq, şirniyyat məhsulları və gigiyenik vasitələrdən ibarət bayram sovqatı təqdim ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm