Balakən sakininin 5 qatili tutuldu
Bizi izləyin

Qırmızı.az

Balakən sakininin 5 qatili tutuldu

Balakən sakinini qətlə yetirən şəxslər tutulub. Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 3-də Balakən rayonunun ərazisində Qullar kənd sakini Vaqif Omarovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.


Hadisə yerində “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qətli törətmiş Füzuli rayon sakinləri Mansur Heydərzadə, Sahil Quliyev, Əvəz Məmmədov, Balakən rayon sakinləri Məhəmməd Xizriyev, İntiqam Umarov tutulublar.


Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm