Məleykə Abbaszadə məktəblərə məktub göndərdi
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə məktəblərə məktub göndərdi

Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı seminarlara başlanılır.

Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, seminarlara oktyabrın 28-dən başlanılır.

Həmin gündən ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayacaq.

Bununla bağlı, TQDK-nın sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə, Azərbaycan Milli Elmlər Akademiyasına və onun tabe təşkilatlarına, son 12 ildə şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş ümumi orta təhsil müəssisələrinə məktub ünvanlayaraq həmin qurumların əməkdaşlarını seminarların işində iştirak etməyə, bu sahədə öz təklif və tövsiyələrini verməyə dəvət edib.

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələrdə işləyən müvafiq fənn müəllimlərinin də iştirakı ilə seminarlar eyni iş qrafiki ilə fəaliyyətə başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm