Bakı bazarlarında vəhhabilərin qeydiyyatı bitdi
Bizi izləyin

Qırmızı.az

Bakı bazarlarında vəhhabilərin qeydiyyatı bitdi

Paytaxtın “Binə” və “Sədərək” yarmarkalarında sələfi təriqətinə aid tacirlərin siyahıya alınması yekunlaşıb.

Axar.az-ın özəl mənbədən əldə etdiyi xəbərdə iddia olunur ki, bir müddət əvvəl vəhhabilərlə bağlı yaşanan gərginlik artıq səngiyib, narahatlıq geridə qalıb. Vəhhabilərin qeydiyyatından sonra prosesə son qoyulub.

Yada salaq ki, deputat Cavanşir Paşazadə sözügedən ticarət mərkəzlərini vəhhabilərin toplandığı mərkəz kimi nişan vermişdi. Bu çağırışdan sonra hər iki bazarda vəhhabilərin siyahıya alınmasına başlanıldı. Xəbəri verən qaynağın dediyinə görə, oxşar proses “Bakıxanov” yarmarkasında da həyata keçirilib.

Eyni zamanda, Qaraçuxur, Aşurbəy, Müşfiqabad məscidlərində də total yoxlamalar başa çatıb. Adıçəkilən ibadət ocaqları sələfilərin toplaşdığı yerlərdir. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı 26 İŞİD üzvünün həbsindən sonra profilaktik tədbirlərə fasilə verilib.

Mənbənin sözlərinə görə, ticarət mərkəzlərində vəhhabilərin siyahıya alınması əslində hüquq-mühafizə orqanları üçün mütləq mənada vacib faktdır. Vəhhabilərin nəzarətə götürülməsi ölkənin təhlükəsizliyi üçün zəruri məqamlardan biri sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm