• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

47 əcnəbi narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edildi

47 əcnəbi narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edildi

Azərbaycanda 2014-cü ilin 9 ayı ərzində narkotiklərlə bağlı cinayət məsuliyyətinə 1878 nəfər cəlb edilib. Onlardan 47 nəfəri xarici ölkə vətəndaşları olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə bildiriblər ki, Komissiyanın İşçi qrupunda bu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinin ümumiləşdirilməsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 276 kq artıq müxtəlif növ narkotik vasitələr götürülüb.

Əcnəbilərdən 21-i İran İslam Respublikası, 16-sı Gürcüstan, 7-si Rusiya Federasiyası, 2-si Türkiyə, 1-i isə Litva Respublikasının vətəndaşı olub.

Ümumilikdə cari ilin ötən dövrü ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2680 fakt aşkar edilib. Onlardan 732 fakt satış, 1742 fakt saxlama, 194 fakt əkin, 12 fakt isə digərləri ilə bağlı olub. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 45 kq 455 qram olan müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 113 kq 846,49 qr-ı həşiş (11%), 280 kq 055,702 qr-ı heroin (27%), 210 kq 081,15 qr-ı tiryək (20%), 414 kq 625,787 qr-ı marixuana (40%), 24 kq 958,97 qr-ı digərləri (3%), 2 kq 016,654 qr-ı psixotrop maddə, 0,1 qr-ı prekusor və 20 qr-ı amfetamin təşkil edib.

Bundan əlavə, “Xaş-Xaş” 2014 şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 212 ton 489 kq 059 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR