Cəbhə xəttində erməni təxribatı davam edir
Bizi izləyin

Qırmızı.az

Cəbhə xəttində erməni təxribatı davam edir

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 13 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, həmçinin Füzuli, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm