Bank müdirləri ilə əlbir olub vətəndaşların pulunu mənimsədi
Bizi izləyin

Qırmızı.az

Bank müdirləri ilə əlbir olub vətəndaşların pulunu mənimsədi

Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafael Əbdürrəhmanov bir neçə bankın şöbə müdiri ilə əlaqə quraraq Bakı və Gəncə şəhər sakinlərinin pulunu mənimsəyib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əlbir olduğu şəxslərlə birlikdə sakinlərinin etibarından sui-istifadə edib onları aldadaraq evlərini banklara girov qoymaqla adlarına külli miqdarda pul vəsaitlərini rəsmiləşdirərək mənimsəyib.

R.Əbdürrəmanov cinayəti 2008-2009-cu illər ərzində “Kapitalbank” ASC-nin 2 saylı Yasamal filialının müdiri İlham Qasımov, “Azəriqazbank” ASC-nin Gəncə filialının müdiri Seymur Həsənov, həmin filialın xəzinədarı Nahid Allahverdiyev, kredit şöbəsinin mütəxəssisi Elmir Qurbanov, “Royalbank” ASC-nin Tovuz filialının müdiri Ədalət Müseyibov və digər şəxslərlə qabaqcadan əlbir olaraq həyata keçirib.

Habelə Tovuz rayon sakinlərinin adlarına saxta kredit müqavilələri və digər kredit sənədlərinin tərtib olunması yolu ilə qeyd edilən və digər bankların ümumilikdə 2 milyon 468 min manat məbləğində külli miqdarda əmlakını ələ keçirmələrində vasitəçi olub.

Rafael Əbdürəhmanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), Ədalət Müseyibova və Zöhrab Bayramova 179.3.2-ci maddəsi ittiham edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbirləri, cinayətin digər (cəmi 15 nəfər) iştirakçılarına isə CM-in 178.3.2, 179.3.2, 308.2 və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.


Vətəndaşlara və digər hüquqi şəxslərə dəymiş ziyanın istintaq zamanı qismən ödətdirilməsi təmin edilib.


Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm