9 ayda 97 qadın, 5 kişi satılıb - Azərbaycanda
Bizi izləyin

Qırmızı.az

9 ayda 97 qadın, 5 kişi satılıb - Azərbaycanda

2014-cü ilin 9 ayı ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 104 fakt üzrə 23 cinayət işi başlanıb. Həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 2 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub.

Publika.az-ın məlumatna görə, bunu Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və BMT-nin “İki balaca qız” adlı məlumatlandırma kampaniyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, insan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə, 16-ı qadın, 5i kişi olmaqla 21 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olaraq 50 nəfər (47 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müəyyən edilib. İnsan alveri ilə məşğul olan 8 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Axtarışda olmuş 23 insan alverçisindən 7-si tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib.

İ.Nəcəfov qeyd edib ki, müəyyən edilən insan alveri qurbanlarının 33-ü Türkiyəyə, 8-i Rusiya Federasiyasına, 6-sı BƏƏ-yə aparılaraq istismara məruz qalıb, 3 əcnəbi şəxs (2 rus, 1-i çin əsilli kişilər) ölkə daxilində məcburi əməyə cəlb olunub.

Qurbanlardan 30-u (27 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müvəqqəti yaşamaq üçün sığınacağa yerləşdirilib, onların müdafiəsi və zəruri yardımlarla təmini üzrə bütün tədbirlər yerinə yetirilib, hər birinə tibbi, psixoloji, hüquqi, maddi yardımlar göstərilib, zəruri geyimlə təchiz edilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, insan alverindən zərər çəkmiş qurbanın hər birinə reinteqrasiya dövründə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib.

İdarənin rəis müavini bildirib ki, Azərbaycanda, ümumiyyətlə, son 10 il ərzində digər hüquq-mühafizə orqanları ilə sıx əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı aşkarlanıb. Hüquq-mühafizə orqanları tərəfindən 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm