Tələbələr sənayenin problemlərini araşdıracaq
Bizi izləyin

Qırmızı.az

Tələbələr sənayenin problemlərini araşdıracaq

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Sənaye ili” çərçivəsində “Sənaye və tələbə” adlı yeni layihənin icrasına başlanılıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində 12 fakültənin komandası iştirak edir.

Hər komandada 5 nəfər təmsil olunur. Komandalar Azərbaycanın müxtəlif yönümlü sənaye sahələrini araşdıracaq və geniş təqdimat hazırlayacaqlar. Daha sonra tələbələr araşdırdıqları sahələrdə mövcud olan problemlərin həlli ilə bağlı layihə təqdim edəcəklər.

Dörd mərhələdən ibarət layihənin sonunda iştirakçılara sertifikat və mükafatlar təqdim ediləcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm