Qırmızı.az
Bakı Ali Neft Məktəbi və Şlümberji şirkəti arasında razılaşma imzalandı - FOTO
Bu gün Bakı Ali Neft Məktəbi və “Schlumberger Logelco Inc.” şirkəti arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib.
Publika.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Bakı Ali
Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanda ölkə başçısı
cənab İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından
bəhs edərək bildirmişdir ki, Azərbaycan dünyada sənayə üsulu ilə
ilk neft çıxaran ölkədir, hansı ki bu gün də neft-qaz və kimya
sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır,
mütəxəssislərin hazırlanması isə ARDNŞ-nin fəaliyyətinin
inkişafında vacib istiqamətdir. ARDNŞ –nin Azərbaycanda və xarici
ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən danışarkən
E.Qasımov qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbi ARDNŞ-nin
strukturunda fəaliyyət göstərən Ali Məktəbdir və bu ali məktəbin
əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən
müasir təlim və tədris texnologiyalarına yiyələnərək, ölkəmizin
təhsil prosesini ən yüksək səviyyədə inkişaf etməklə, eyni zamanda
transmilli şirkətə çevrilmiş ARDNŞ-nin ölkə kənarında geniş
fəaliyyətini nəzərə alaraq sənayenin müasir tələblərinə cavab verən
ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə
yetişdirilməsidir. Bundan başqa Ali Məktəbin yaranma tarixi, qısa
zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və
perspektivləri haqqında ətraflı məlumat verən E.Qasımov
bildirmişdir ki, qısa müddət ərzində əldə edilmiş uğurlar,
“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə
bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın
Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir
tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyi, 2012-ci
ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərinin, 2014-cü ildə isə
17 nəfərin Prezident təqaüdünə layiq görüldüyü barədə məlumat
vermişdir. Daha sonra hazırda tikilməkdə olan BANM-in ən müasir
tələblərə cavab verən kampusun növbəti təhsil ilində istifadəyə
veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük
kampus olacağını qonağların diqqətinə çatdırmışdır.
Üç il öncə yaradılmasına baxmayaraq artıq Azərbaycanın ali
məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran Bakı Ali
Neft Məktəbində olduğundan məmnunluq bildirən Şlümberji şirkətinin
Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Vilyam Qreys
şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və hazırda
dünyanın neft və qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı
şirkəti olduğunu bildirmiş, əsasən qazma və hasilat problemlərinin
həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırmış və
şirkətin kadr siyasəti haqqında məlumat vermişdir. İnsan resursları
Şlümberje şirkəti üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən
Vilyam Qreys bu baxımdan ixtisaslı kadrlar onlar üçün qabaqcıl
hədəf olduğunu bildirib və Azərbaycan Respublikasının neft-qaz
sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması
prosesinin bir hissəsi olmağa hazır olduğlarını qeyd etmişdir.
Tədbir çərçivəsində Şlümberji şirkətinin Azərbaycan üzrə
Nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin 3 başlıca istiqaməti
(Layın xarakteristikası ,Qazma, İstehsal) əhatə edən fəaliyyəti
haqqında təqdimatla çıxış etmişdir.
Tədbirin sonunda Elmar Qasımov və Vilyam Qreys Bakı Ali Neft
Məktəbi ilə Şlümberji şirkəti əməkdaşlıq haqqında razılaşmanı
imzalamışlar.
Razılaşmanın məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin
hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki
və təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin sənəddə
BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə
keçməsi, fərqlənən tələbələrinə şirkətin mükafatlarının verilməsi,
BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının
yaradılması, şirkətin mütəxəssislərinin BANM-də müəllim qismində
fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə
təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının
yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay
təcrübəsinin,kursların təşkili, şirkət tərəfindən BANM-də
yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər
klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi müddəaları
öz əksini tapmışdır.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"