Qırmızı.az
Bu yollardan keçməyin - TIXAC var
Bakı şəhərinin əksər küçələrində güclü tıxac müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda paytaxtın Mətbuat prospekti ilə Ə. Haqverdiyev küçəsinin kəsişməsində (Bakı Dövlət Universitetinin yanı), A. Salamzadə küçəsindən Qələbə dairəsi istiqamətində avtomobil yollarında tıxac müşahidə olunur.
Akademik H. Əliyev küçəsindən “ASAN xidmət” istiqamətində, Azadlıq prospektindən Cəfər Xəndan küçəsi (Binəqədi şosesi) istiqamətində , Şeyx Şamil küçəsindən İçərişəhər metrosu istiqamətində yollarda sıxlıq var.
O cümlədən A. Məhərrəmov küçəsindən 3-cü mikrorayon dairəsi istiqamətində, Ş.İ. Xətai prospektindən Təhsil Nazirliyinin qarşısına doğru avtomobil yollarında tıxac müşahidə olunur.
NİİM-dən verilən məlumata görə, hazırda 20 Yanvar metrosunun sağ kənarında, Velotrekin qarşısında tıxac var. Buna səbəb isə həmin ərazidə yolun genişləndirilməsidir. Tıxacın digər səbəbi isə həmin hissədə Sumqayıta gedən taksilərin dayanmasıdır. Taksilər yolun bir zolağını tutduğundan avtomobillərin hərəkətinə maneə yaradırlar.
Gülnar Əliyeva
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO