13 il əvvəl İstanbulda başı kəsilən azərbaycanlı qadının qatili tapılıb
Bizi izləyin

Qırmızı.az

13 il əvvəl İstanbulda başı kəsilən azərbaycanlı qadının qatili tapılıb

İstanbulda 13 il əvvəl bıçaqlanaraq öldürüldükdən sonra başı kəsilərək dənizə, qolları və bədəni əl arabasında küçəyə atılan Azərbaycan əsilli Təzəgül Dadaşovanın qatili həbs olunub.

Publika.az Türkiyənin “Radikal” qəzetinə istinadən xəbər verir ki, polis, başı Bakırköydə dənizə atılan, kəsilən ayaqları və bədəni əl arabasında Şişlidə küçəyə qoyulan qadını öldürməkdə şübhəli bilinən Mevlüt S.i Gemlikdə həbs edib.

Bu dəhşətli cinayət barədə polisə 2001-ci il aprelin 28-də məlumat daxil olub. Şəhər sakinləri Arpa Suyu küçəsində bir arabada parçalanmış qadın cəsədi olduğu barədə məlumat veriblər. Həmin vaxt qadının başı arabada tapılmadığından onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Bir əftə sonra - 2 may 2001-ci ildə polisə İstanbulun Bakırköy rayonunda sahildə qayaların arasında bir qadın başı olması barədə məlumat daxil olub.Hdisə yerinə gələn polis cəsədə baxış keçirərkən məlum olub ki, qadının başı və ayaqları kəsilərək bədənindən ayrılıb. Aparılan ilkin muayənələr zamanı meyitin 30-35 yalarında 70-80 kiloqram ağırlığında bir qadına aid olduğu məlum olub.

Qadın başı məhkəmə-tibbi ekspertizaya göndərilsə də, o dövrdəki texniki imkanlarla tapılan qadın başı ilə başsız cəsədin bir-birnə aid olmasını təyin etmək mümkün olmayıb.

Həmin ərəfədə isə 2001 27 aprel tarixində Saleh Dadaşov tərəfindən anasının itkin düşməsi ilə bağlı müracəti araşıran polis Təzəgül Dadaşovanın şəxsi içini nərədən keçirməyə başlayıb. Polis idarəsinə gələn Saleh Dadaşov anasının 3-4 gündür yoxa çıxdığını və buna görə, Mevlut Ş-dən şübhələndiyini qeyd edib. Oğlunun sözlərinə görə, anası Mevlutdan ayrılmaq istəyirdi. Ona görə də, onun yoxa çıxması ilə Mevlut Ş.nin bağlılığı ola bilər.

Saleh Ddaşovun ifadəsin əsasən saxlanılan Mevlut Ş. qadını görmədiyini deyib və yetərli sübutar olmadığından sərbəst buraxılıb.

Sonrakı dövrdə sahildə tapılan başla küçədə tapılan qadın bədəninə baxan Asayiş şöbəsinin əməkdaşları məhkəmə-tibbi ekspertizaya müraciət edib, məhkəmə-tibbi ekspertiza başın tapılan bədənə aid ola biləcəyini açıqlayıb. Bundan sonra ayrı-ayrı yerlərdə basdırılan baş və bədən parçaları məzardan çıxarılıb və 2012-ci ildə DNK testindən keçirilib. Nəticədə bədən və başın eyni cəsədə aid olduğu müəyyənləşib.

Bundan sonra Türkiyə Asayiş polisi İnterpola birlikdə apardığı istintaq çərçivəsində T.Dadaşovaya aid olmasından şübhələnilən cəsədin şəxsiyyətini müəyyən etmək üçün Azərbaycandakı ailə üzvlərindən qan nümunələri alaraq İstanbula gətirib. Aparılan analizlər cəsədin T.Dadaşovaya aid olduğunu təsdiq edib.

Bundan sonra İtkin Şəxslər Bürosunun dedektivləri 2001-ci ildə saxlanılsa da, ifadəsi alındıqdan sonra buraxılan Mevlut Ş.nin şəxsi işini araşdırmağa başlayıbıar. Nəticədə T.Dadaşovanın mobil telefonunun sonuncu dəfə Mevlüt Ş.-nin evinə yaxın bir yerdə siqnal verdiyi təsbit edilib.

T.Dadaşovanın itkin düşdüyü gün də Mevlüt Ş. ilə görüşdüyü müəyyənləşdirilib. Bundan sonra Gemlikə ailəsinin yanına köçən Mevlüt S.-ni yaxalamaq üçün əməliyyat keçirilib və o saxlanılıb. Mevlüt Ş. polisləri görərkən onların nə üçün gəldiklərini soruşub. Polislər ona “2001, İstanbul, Təzəgül” kəlmələrini söyləyiblər. Bu kəlmələri eşidən Mevlüt S. yerə çöküb və İstanbula gələnə qədər bir kəlmə belə danışmayıb. Polisə ifadə verməkdən imtina edən Mevlüt Ş. susaq haqqından sitifadəd edəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm