• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qənirə Paşayeva İstanbul Universitetində cıxış edib

Qənirə Paşayeva İstanbul Universitetində cıxış edib

Millət vəkili Qənirə Paşayeva İstanbul Universitetinin Avrasiya İnstitutunda Qarabağ münaqişəsi barədə geniş çıxış edərək harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün daha çox və daha fəal çalışmalı olduğunu dilə gətirib.

Ermənistanın 20 ildən artıqdır ki, bütün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayaraq işğalı davam etdirməsi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi, yaşadıqları böyük ağrı və acılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dağıtdıqları camilər, tarixi və mədəni abidələr, qəbiristanlıqlarımız barədə, girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənar əməllər və son günlər girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklərdən danışaraq bu ağrı və acılar hər bir türk gəncini ciddi narahat etməli olduğunu deyib. “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır”. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”, – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. O həmçinin bildirib ki, nənələrimizin, “görməsək də duymasaq da o köy bizim köyümüzdür” sözlərini rəhbər tutaraq Dağlıq Qarabağı, o gözəl torpaqları: Xankəndini, Laçını, Şuşanı birlik və bərabərlik içində Ermənistan işğalından azad etməliyik. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər.

Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”. Biz tariximizin acılarını öyrənərək onu dünyaya yaymağa nail olmalıyıq. Xocalı soyqırımının yalnız 22 il əvvəl baş verən hadisə olmadığını, onun köklərinin 100-150 il öncə ermənilərin qurduğu məkrli plana söykəndiyini dilə gətirən millət vəkili gəncləri tarixə yaxndan bələd olmağa çağırıb. “Tarixdə oynayan oyunlar yenidən təkrarlanır. Tarixə bələd olaraq bu hadisələrin təkrarlanmamasının və onu törədənlərin ədalət qarşısında cavab vermələrini təmin edə bilərik”. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva bildirib ki,bu məsələdə hər birimiz daha da duyarlı olmalıyıq.

Millət vəkili gənclərin Türk dünyasının böyük qazisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” Azərbaycanın ulu öndəri Heydər Əliyevin “bir millət iki dövlət” fikirlərində yola çıxaraq hərəkət etmələrinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində fəaliyyət göstərməsi çox vacibdir. Biz bir olaraq Dağlıq Qarabağ, Xankəndi, Şuşa Laçın və digər o gözəl torpaqları birlik və bərabərlik içərisində işğaldan azad edə bilərik. Və mən inanıram ki, biz bunu edəcəyik və bu cür gözəl tədbirləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da keçirə biləcəyik”, deyərək fikirlərini yekunlaşdırıb. Millət vəkili Qənirə Paşayeva gəncləri sosial medianın imkanlarından istifadə edərək qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətdə səyləri artırmağa çağırıb.Tədbirin əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva “İnşallah, gələn tədbirimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik” deyə millət vəkili qeyd edib. Tədbrin sonunda millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbirdən sonra millət vəkili Qənirə Paşayeva gənclərin və Türkiyənin Kanal 24, TRT Türk, TGRT kanallarının bu mövzularla bağlı suallarını da cavablandırıb və geniş müsahibələr verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR