Qırmızı.az
Bu gün Bakıda yağış yağacaq - Hava Proqnozu
Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacaqğı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 0-3° isti, gündüz 5-10° isti, Bakıda gecə 1-3°,
gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət
80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən
yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 4-9° şaxta, dağlıq ərazilərdə 13° şaxta, gündüz
3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər
bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava əsasən yağmursuz olacaq.
Temperaturun gecə 1-6° şaxta, gündüz 4-9° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər
bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-9°,
yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3° şaxtadan 2° -dək
isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən
yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və
səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti,
dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü