Qırmızı.az
Zakir Həsənov təlimləri izlədi- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün noyabrın 13-də başlayan irimiqyaslı birgə təlimlərin ilkin mərhələsini izləmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Hərbi Dəniz Qüvvələrində olub.
Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci
dərəcəli kapitan Şahin Məmmədov nazirliyin rəhbərliyini
qarşılayaraq təlimlərin ssenarisinə əsasən keçiriləcək mərhələlər,
görülən işlər haqqında məruzə edib.
Müdafiə naziri təlimlərə cəlb edilən gəmilərin şəxsi heyəti ilə
görüşüb, hazırlıqla bağlı görülən işlərin səviyyəsi ilə maraqlanıb,
hərbi gəmilərə, texnika və silahlara baxış keçirib, eyni zamanda
təlimlərin ssenarisinə uyğun tapşırıqların yerinə yetirilməsini
izləyib.
Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla
yerinə yetirilməsi üçün hərbi qulluqçuların üzərinə düşən
vəzifələrdən danışaraq təlim iştirakçılarına uğurlar arzulayıb.
Sonda gəmilər açıq dənizə çıxış tapşırıqlarını icra ediblər.
Təlimlərə Hərbi Dəniz Qüvvәlərinin tam heyəti, Hərbi Hava Qüvvələri
və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri,
həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin
müvafiq gəmiləri cəlb edilib.
Üç mərhələdə həyata keçiriləcək təlimlər noyabrın 17-dək davam
edəcək.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO