Uşaqlarla bağlı fərdi məlumat bazası yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Uşaqlarla bağlı fərdi məlumat bazası yaradılacaq

Uşaqlarla bağlı məlumat bazası yaradılacaq. Bu baza uşaqlarla bağlı bir sıra statistik məlumatların əldə edilməsində önəmli rol oynayacaq.

Bunu Publika.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, bu bazada fərdi məlumatlar əks olunacaq. Hər bir uşağın anket bazası olacaq:

“Bu gün nə qədər əlil uşağın inklüziv təhsil alması, idman mərkəzlərinə cəlb edilməsi, xüsusən regionlarda nə qədər uşağın təhsildən yayınması barədə dəqiq məlumat yoxdur. Baza elə proqramlaşdırılacaq ki, uşaqlarla bağlı statistik məlumatların əldə edilməsinə imkan yaradacaq. Bazada məlumatları aidiyyatı qurumlar yerləşdirəcək. Bu bazadakı məlumatlar ölkə ərazisində uşaq hüquqları ilə bağlı vəziyyətin daha dəqiq öyrənilməsinə kömək edəcək. Hansı rayonda çatışmazlıq olduğunu daha da dəqiq öyrənəcəyik. Bu zaman problemli bölgələri müəyyən edib, həmin sahələr üzrə işlər aparacağıq”.

P.Əliyev bazanın hazırlanması üzrə işlərə başlandığını bildirib və iki il ərzində işlərin başa çatmasının planlaşdırıldığını deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm