Qırmızı.az
Tanınmış hüquqşünas gənclərlə görüşdü
Azərbaycanın ən böyük gənclər klubu olan “IB Club”-un təşkilatçılığı ilə həyata keçirilən “Karyera ayı” çərçivəsində ölkəmizin bir sıra universitetlərindən olan tələbələr və eləcə də məzun olmuş şəxslər tanınmış hüquqşünas , Vəkillər Kollegiyasının Rəyasət heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin sədri Anar Bağırovla görüşüb.
Publika.az-ın məlumatına görə, Anar Bağırov bu görüşdə gənclərin “hüquq üzrə karyera qurmaq üçün hardan başlayım”, “bunun üçün nələri öyrənməliyəm”, “bu sahədə karyera qurmaq üçün hansı çətinliklər var” və “gələcəkdə bu iş üzrə necə professional olmalı” və s. suallarına ətraflı cavablar verib, hüquqşünas karyerası ilə bağlı seminar iştirakçılarına dəyərli tövsiyələr verib.
“Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyi tərəfindən çap olunan “Vəkil Məsləhətləri Toplusu” kitabı və “Azərbaycan Vəkili” jurnalı seminar iştirakçılarına hədiyyə olunub.
Sonda A.Bağırov belə faydalı seminarların təşkilinə görə, “IB Club”-un İcraçı Direktoru Numrəddin Hüseynova və bütün digər üzvlərinə təşəkkürünü bildirib və inanaraq söyləyib ki, belə təlimlərin və seminarların keçirilməsi Azərbaycan gəncliyinin gələcəyi üçün yalnız müsbət yol göstərir, onların həyatda doğru seçim etməsinə yardımçı olur.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR