Qırmızı.az
Xəbərdarlıq: hava kəskin soyuyacaq, sulu qar və qar yağacaq
Azərbaycanda hava yenidən kəskin soyuyacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, noyabrın 21-i axşam respublikanın şimal-şərq rayonlarından başlayaraq, noyabrın 26-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq.
Ölkə ərazisində noyabr ayının III ongünlüyünün 1-ci yarısında qeyri-sabit, dəyişkən hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Noyabrın 26-dək ölkədə fasilələrlə yağıntılı hava müşahidə ediləcək. Lakin noyabrın 23-dən 25-dək hava şəraitinin bir qədər kəskinləşəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.
Yağıntılar respublikanın dağlıq və dağətəyi rayonlarına sulu qar və qar şəklində düşəcək.
Noyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 11-14 dərəcə, 23-25-də isə 4-7 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Bəzi şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR