Daha 5 dərslik elektronlaşdırılacaq
Bizi izləyin

Qırmızı.az

Daha 5 dərslik elektronlaşdırılacaq

Bu ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.

Hazırda portalda ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər. Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir.

Cədvələ əsasən, daha çox VI sinif üzrə Azərbaycan dili (2932), riyaziyyat (2427), biologiya (2368) və ingilis dili (1857) dərsliklərindən istifadə olunub. 10242 nəfər (62 faiz) istifadəçi onlayn, 3289 nəfər (20 faiz) oflayn, 3060 nəfər isə (18 faiz) epub formatda elektron dərsliklərdən yararlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm