Müdafiə nazirinin keçmiş müavini həbs edildi
Bizi izləyin

Qırmızı.az

Müdafiə nazirinin keçmiş müavini həbs edildi

Azərbaycan müdafiə nazirinin keçmiş müavini həbs edilib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə 1955-ci il təvəllüdlü Səlimov Mehman Əmirxan oğlu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.O, faktla geniş açıqlama veriləcəyini bildirdi.

Xatırladaq ki, M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm