Baş Prokurorluq “Vulkan” otelindəki qətllə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

Baş Prokurorluq “Vulkan” otelindəki qətllə bağlı məlumat yaydı

Baş Prokurorluq “Vulkan” otelində baş vermiş qətllə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, noyabrın 20-də saat 21:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vulkan” otelinin hamam otağında 1979-cu il təvəllüdlü, Kürdəmir rayon sakini Şükürova Afaq Rafiq qızının boğaz nahiyəsində stranqulyasiya şırımı xəsarəti ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovanın əmisi oğlu, 1989-cu il təvəllüdlü Ağamaliyev Asim Rasim oğlu tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Cinayətin törədilməsində şübhəli bilinən A.Ağamaliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm