• USD 1,7475 +0,16% EUR 1,8490 +0,35%
    • GBP 2,1933 +1,03% RUB 0,0303 +0,66%

ADU qalibləri mükafatlandırdı

ADU qalibləri mükafatlandırdı

Noyabrın 26-da Azərbaycan Dillər Universitetində ADU-nun Skandinaviya mərkəzinin əməkdaşları Anar Rəhimov və Aytən Məmmədovanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Norveç və Azərbaycan əməkdaşlığı - Heydər Əliyev” mövzusunda Norveç dili akademik yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Xarici dillər kafedrasının müdiri Salman Nuriyev və universitetin Skandinaviyaşünaslıq ixtisasının tələbələri iştirak edirdi.

Tədbirdə giriş sözü ilə çıxış edən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev Skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbələrin hər zaman fərqləndiyini qeyd etdi. Fakültə dekanı Anar Nağıyev Azərbaycan-Norveç Krallığı arasında olan ikitərəfli əlaqələrin inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışdı. O, bu müsabiqənin tələbələr tərəfindən böyük maraqla qarşılandığını dedi. Fakültə dekanı müsabiqədə iştirak edən tələbələri təbrik edərək onlara dərslərində uğurlar arzu etdi.

Sonra çıxış edən Skandinaviya mərkəzinin əməkdaşı Anar Rəhimov bu tədbirin Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu bildirdi. O, müsabiqənin məqsədinin tələbələrin Norveç dilində akademik yazı vərdişlərini ortaya çıxarmaq olduğunu qeyd etdi. Anar Rəhimov inşalarda məqaləyə xas xüsusiyyətlərin, Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Norveç Krallığı arasındakı ikitərəfli əlaqələrin inkişafında gördüyü işlərin öz əksini tapdığını sözlərinə əlavə etdi. Çıxışının sonunda maddi dəstəyə görə universitetin Tələbə Həmkarlar Təşkilatına təşəkkürünü bildirdi.

Sonra çıxış edən Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev bugünki tədbirin özünəməxsus bir hadisə olduğunu qeyd etdi. Prorektor müsabiqədə iştirak edən və qalib olan tələbələri təbrik edərək onlara uğurlar arzu etdi.

Sonda müsabiqənin qalibləri ADU tərəfindən diplom və fəxri fərmanla mükafatlandırıldı. Belə ki, I yerin qalibi Fəxri Musazadə 100 AZN , II yerin qalibi Mədinə İbrahimova 50 AZN məbləğində pul mükafatına layiq görüldü.

Qeyd edək ki, müsabiqə 1oktyabr-15 noyabr tarixlərini əhatə edib. Müsabiqədə iştirak edən 11 inşa Skandinaviya mərkəzinin əməkdaşları Aytən Məmmədova və Anar Rəhimov tərəfindən yoxlanılaraq qaliblər müəyyən olunub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR