Ramil Usubov iki şöbə rəisi təyin etdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov iki şöbə rəisi təyin etdi

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub.

Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəsi, polis polkovnik-leytenantı Zaur Şirinov işdən azad olunaraq Yasamal RPİ-nin İstintaq şöbəsinə rəis təyin olunub. Nazirin digər əmri ilə Yasamal RPİ-nin müstəntiqi, polis mayoru Erol Əliyevin vəzifəsi artırılıb. E.Əliyev Xəzər RPİ-nin İstintaq şöbəsinə rəis təyin edilib.

DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm