Dekabrın aylıq hava PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Dekabrın aylıq hava PROQNOZU

Azərbaycanda dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi, havanın soyuq keçəcəyi gözlənilir.


Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.


Bakıda və Abşeron yarımadasında dekabrda orta aylıq temperatur 4-7 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Havanın temperaturu gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-34 mm) olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında dekabrda orta aylıq temperatur 5-8 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 9-14, bəzi günlərdə 18-23, ayın sonunda 25-28 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti, ayın ortalarında və sonunda 6-11 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 20-35 mm) olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8, bəzi günlərdə 15 dərəcəyədək, ayın sonunda 18-23 dərəcə şaxta gözlənilir. Gündüzlər temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-30 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8 dərəcə şaxta, ayın birinci ongünlüyündə 0-5 dərəcə isti, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-32 mm) olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında dekabrda orta aylıq temperatur 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8, ayın sonunda 10-15, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta proqnozlaşdırılır. Gündüzlər isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, dağlarda 13 dərəcəyədək şaxta olacaq. Ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcəyədək şaxta, gündüzlər 3-8 dərəcə isti, ayın birinci ongünlüyündə 10-12 dərəcə şaxta, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-4 dərəcə şaxta, ayın sonunda 1-6 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, ayın sonunda 15-18 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-10 dərəcə isti, dağlarda 2-7 dərəcə şaxta proqnozlaşdırılır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm