
Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Ələt-Astara yolunun 49-cu kilometrlində “Toyota” və “Vaz-2115” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Vaz-2115”in sürücüsü İman Ağayev hadisə yerindəcə keçinib. Onun sərnişinləri Natiq Əliyev, Bayram Hacızadə və Dilarə Saqıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.