• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda tutulan “PKK”çılar danışdı- Video

Bakıda tutulan “PKK”çılar danışdı- Video

Bir neçə gün əvvəl Qaraçuxur məscidini yandırmağa cəhd edən şəxs nəhayət tutulub.

Publika.az anspress.com-a istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda Qaraçuxur məscidini yandıran iki nəfər həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri anti-terror əməliyyatı nəticəsində Bakının Binəqədi rayonunun, Biləcəri qəsəbəsində cinayəti törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılarkən onların üzərində silah aşkar edilərək götürülüb.

Namiq Nəsibovun 2014-cü ilin avqust-sentyabr aylarında Suriyanın “PKK” terror təşkilatının nəzarətində olan ərazilərində gedən döyüşlərdə iştirak etdiyi müəyyən olunub. O, Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq tərəfdarlar toplamağa başlayıb.

Təqsirləndirilən şəxs Namiq Nəsibov: “PKK” partiyasına və onun liderinə xüsusi simpatiyam var”.

Hər iki şəxs sosial şəbəkələr vasitəsilə bu təşkilatın adından Bakıda aksiyaların keçirilməsinə çağırışlar ediblər. Namiq Nəsibov və Elnur Ələkbərov qrup halında İslam dininin “əhli-sünnə” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, terror planı hazırlayıblar. Qaraçuxur məscidi də bu niyyətlə yandırılıb.

Noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov Qaraçuxur qəsəbəsinə gəliblər, müxtəlif yanacaqdoldurma məntəqələrindən 10 litr benzin alaraq şüşə qablara dolduraraq yandırıcı - partlayıcı vasitə hazırlayıblar. Saat 2 radələrində məscidin arxa və ön tərəfdə olan qapılarını sındıraraq orada yanğın törədərək qaçıblar.

Təqsirləndirilən şəxs Elnur Ələkbərov: “Şübhələnməsinlər deyə taksiləri dəyişdik, məqsəd isə diqqət çəkmək idi”.

Cinayətdə terrorçuluq əməlləri olduğundan işin istintaqı MTN-nin Baş İstintaq İdarəsinə həvalə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, odlu silah əldə etmə maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR