Bakıda məktəbdə partlayışın qarşısı alındı
Bizi izləyin

Qırmızı.az

Bakıda məktəbdə partlayışın qarşısı alındı

Bu gün səhər saatlarında orta məktəbdə partlayış təhlükəsi yaranıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, hadisə "Gənclik" metrosu yaxınlığındakı 20 saylı məktəbin şagirdlərinin təhsil aldığı binadə baş verib.

Belə ki, məktəbdə kəskin qaz iyi hiss olunub. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub.

Şagirdlər binadan evakuasiya edilib. Bütün təhlükəsizlik tədbirləri görülüb.

Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm