Ağrılara dözə bilməyən xərçəng xəstəsi özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

Ağrılara dözə bilməyən xərçəng xəstəsi özünü güllələdi

Onkoloji xəstəlikdən əziyyət çəkən 61 yaşlı şəxs özünə qəsd edib.

Publika.az LifeNews-a istinadən xəbər verir ki, Moskva şəhər sakini Mixayıl Ananyev dekabrın 1-dən 2-nə keçən gecə yivsiz ov tüfəngi ilə özünü güllələyib.

Özünəqəsd hadisəsi Ananyevin yaşadığı binanını giriş hissəsində qeydə alınıb. Təqaüdçünün cəsədini isə qonşuları aşkarlayıb. Onun üzərindən intihar səbəbinin qeyd olunduğu kağız parçası tapılıb. Məlum olub ki, Mixayıl Ananyev artıq bu cür yaşamağa dözə bilmədiyi üçün yaxınlarından üzr istəyib.

61 yaşlı təqaüdçü uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son vaxtlar isə o, depressiyada olub və öz çarəsizliyi ilə bağlı yaxınlarına durmadan şikayət edib. Ananyev bildirib ki, artıq həkimlər də onun ağrılarına çarə tapa bilmirlər. Artıq faktla bağlı cinayət işi açılıb və istintaq orqanları intiharın səbəblərini araşdırır.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm