Quba polisindən yəhudi icması sədrinin evinə basqınla bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Quba polisindən yəhudi icması sədrinin evinə basqınla bağlı AÇIQLAMA

Qubanın Qırmızı qəsəbəsində yəhudi dini icmasının rəhbəri Boris Simonduyevin evinə basqın edilməsilə bağlı xəbəri polis təsdiqləyib.

Quba rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, basqın törədənlər hələ tutulmayıb: “Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. Yəhudi icmasının sədrinin bacısı bıçaqlanıb. Hadisəni törədənlərin kimliyi məlum deyil”.

Polis İdarəsindən onu da bildirdilər ki, hadisənin qarət məqsədilə törədildiyi ehtimal olunur. Hazırda istintaq aparıldığından ətraflı məlumat istintaq yekunlaşandan sonra məlum olacaq.

Qeyd edək ki, Publika.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında üç nəfər şəxs yəhudi icmasının rəhbərinin evinə basqın edib. Basqın edənlərin B. Simonduyevi vəşhicəsinə döydüyü, bacısı Liza Simonduyevi isə bıçaqladığı xəbər verilir.

Məlumatda deyilir ki, evə hücum edənlər sinaqoqun açarlarını da özləri ilə götürüblər. Lakin yəhudilərin dini məbədinə girə bilməyiblər. Hazırda hüquq-mühafizə orqanlarının faktı araşdırdığı deyilir.

Qeyd edək ki, bu son 10 ildə Qırmızı qəsəbədə baş vermiş ilk belə hadisədir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm