Hicran Hüseynova: “Dünya əhalisinin 250 milyonu narkomaniyadan əziyyət çəkir”
Bizi izləyin

Qırmızı.az

Hicran Hüseynova: “Dünya əhalisinin 250 milyonu narkomaniyadan əziyyət çəkir”

“Bu gün insanlar narkomaniyanın törətdiyi ağır fəsadlar qarşısındadır. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin iki yüz əlli milyonu bu dəhşətli xəstəlikdən əziyyət çəkir. Narkomoniya insanları ölümə məhkum edən və genofonda sarsıdıcı təsir göstərən bəladır”.

Publika.az xəbər verir ki, bu barədə Ailə Qadın Uşaq Komitəsinin sədri Hicran Hüseynova “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” adlı beynəlxalq konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə respublikamızda narkomanların sayı azdır. Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi Narkomanlığa və narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyyasının fəaliyyəti bunu bir daha sübut edir. Ölkəmizin bu problemlə mübarizə aparmaq üçün, güclü qanunvericilik bazası mövcuddur:

“Prezident İlham Əliyevin başçılığı ilə digər sahələrdə olduğu kimi, narkomaniyanın qarşısının alınmasında da mühim addımlar atılır. “Xüsusilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2007-2012-ci illər üçün Dövlət Proqramları”nı qeyd etmək lazımdır. 2013-2018-ci illər üçün yeni Dövlət Proqramının təsdiq edilməsi bu dəhşətli bəlaya qarşı mübarizəni daha da təkmilləşdirir”-, komitə sədri qeyd edib.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm