• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Araz Əlizadə: “Onlar yalnız havanı titrədirlər”

Araz Əlizadə: “Onlar yalnız havanı titrədirlər”

İctimai Palatanın növbəti aksiya qərarından sonra daha bir partiya hərəkətə gəlib. Açıq Cəmiyyət Partiyasının (ACP) 10 may tarixindən etibarən kütləvi etiraz aksiyalarına başlamaq haqqında qərar qəbul edib. Digər partiyalar aksiyalar keçirəcəkmi?

Publika.Az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, aksiyalarla bağlı hər hansı qərarı müttəfiqlərlə müzakirələrdən sonra verə bilər: “Aksiyaları istisna etmirəm. Mayın 28-də partiya tərəfdarları ilə qapalı yerdə görüş keçirəcəyik. Kütləvi tədbirlə bağlı qərarımız bundan ibarətdir. Açıq havada kütləvi tədbir keçirməyimiz müzakirə olunmayıb”.

VİP sədri hesab edir ki, müxalifətin hazırkı pərakəndə vəziyyətdə aksiyalar keçirməsi yalnız statistika xarakteri daşıyır.

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadənin cavabı qısa və konkret olub: “Bağışlayın, biz işimizlə məşğuluq. Mitinqlərlə heç nə dəyişmir. Onlar ancaq havanı titrədirlər”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib ki, bu barədə vaxtı yetişəndə qərar veriləcək: “Amma indi məqamı deyil”.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev təmsil etdiyi partiyada belə bir məsələnin müzakirə edilmədiyini bildirib: “İctimai Palatanın təşkil etdiyi aksiyalarda partiyamızın üzvləri yaxından iştirak edirlər. Hələ ki, partiyanın aksiyalara getmək qərarı yoxdur”.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR