Turistləri soyan saxta polislər yaxalandı
Bizi izləyin

Qırmızı.az

Turistləri soyan saxta polislər yaxalandı

Hazırladıqları saxta vəsiqələrlə interpol polisi olduqlarını bildirərək turistlər üzərində axtarış aparan və onların ciblərindən tapdıqları pulların saxta olduğunu iddia edərək həmin pulları müsadirə edən 2 nəfər şəxs yaxalanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mərakeş əsilli 32 yaşlı Əhməd Y. İstanbul polisinə şikayət ərizəsi ilə müraciət edib və polis olduqlarını iddia edən iki nəfər şəxsin onu soyduğunu bildirib. Əhməd Y. «Mənə interpol polisi olduqlarını söylədilər. Üstümü axtarmağa başladılar. Daha sonra cibimdə olan pulların saxta olduğunu dedilər. Onlar pulları alıb getdilər» deyə şikayət ərizəsində qeyd edib.

Mərakeşlinin şikayətindən sonra başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 2 nəfər saxta polisin Beyazit bölgəsində Kosova və Liviya əsilli turistlərə də kələk gəldikləri bəlli olub. Fotorobot vasitəsilə xarici görkəmləri müəyyənləşdirilən saxta polislər yaxalanıb.

Beləliklə, Asayiş Şöbə Müdirliyinə gətirilən və üzərlərindən saxta vəsiqələr çıxan şübhəlilərin İran əsilli olduqları bəlli olub. 39 yaşlı D.A.E. ilə 36 yaşlı J.G.F. adlı şübhəlilər hüquq-mühafizə orqanlarına verdikləri fiaədəlrində ittihamları qəbul etməyiblər. Lakin onlar kələk gəldikləri Mərakeş, Kosova və Liviya əsilli şəxslərlə üzləşmə zamanı törətdikləri cinayəti etiraf etmək məcburiyyətində qalıblar.

Bundan sonra şübhəli şəxslər barələrində müvafiq qərarın verilməsi üçün məhkəməyə təqdim olunublar. Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm