Polis ruhi xəstə qıza şokolad verdi və ona təcavüz etdi
Bizi izləyin

Qırmızı.az

Polis ruhi xəstə qıza şokolad verdi və ona təcavüz etdi

17 yaşlı qız evdən qaçıb və bu, ona baha başa gəlib.

Belə ki, Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Trabzonun Arsin mahalında zehni əngəlli, ruhi xəstə olan 17 yaşlı M.S. adlı qız evdən qaçarkən yolda Y.S.K. adlı kişi ilə qarşılaşıb. Həmin kişi yeniyetmənin ruhi xəstə olmasından istifadə edərək onu aldadıb telefonla zəng etdiyi N.Ç. və İ.S.-nin qaldığı evə aparıb. Qız həmin evdə hazırda təqaüddə olan polis əməkdaşı İ.S. və N.Ç. tərəfindən bir gün məcburi şəkildə saxlanılıb.

Az qala bütün Arsin mahalını axtardıqdan sonra qızlarını tapa bilməyən ailə polisə müraciət edib və M.S.-nin itkin düşdüyünü bəyan edib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qız bir gün sonra tapılıb. İtkin düşmüş qız İ.S. və N.Ç.-nin evinə getdiyini və həmin şəxslərin ona təcavüz etdiklərini bildirib. M.S. polisə verdiyi ifadəsində evinə getdiyi şəxslərin ona spirtli içki verdiklərini və şokolad aldıqlarını qeyd edib.

Beləliklə, M.S.-nin ailəsi qızlarının təcavüzə məruz qaldığını bildirərək 17 yaşlı ruhi xəstəni zorlamış şəxslər barəsində cinayət işinin açılmasını tələb edib. Polis əməkdaşları tərəfindən yaxalanan İ.S. və N.Ç. isə barələrindəki iddiaları rədd ediblər.

Hüquq-mühafizə orqanları tərəfindən ifadələri alınan təqaüdçü polis İ.S. və N.Ç. məhkəmə qərarı ilə «cinsi istismar», eləcə də «vətəndaşın azadlıqdan məhrumetmə» maddələri ilə həbs olunublar.


Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm