Yeni ildə bazarlığı bu yarmarkalardan edin
Bizi izləyin

Qırmızı.az

Yeni ildə bazarlığı bu yarmarkalardan edin

Bakıda Yeni il ərəfəsində satış yarmarkaları keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, 27-31 dekabr 2014-cü il tarixlərində fasiləsiz olaraq 5 gün müddətində nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə paytaxtın 7 rayonunda yarmarka təşkil ediləcək.

Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunur:


Xətai rayonu - Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu - S.Vurğun küçəsi, 73, Təzə bazarın ərazisi;
Yasamal rayonu - Şərifzadə küçəsi, 1, Rabitə Kollecinin arxası;
Nərimanov rayonu - "Gənclik" metrostansiyasının yanı;
Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxası;
Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi; Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 12;
Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı


Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm