Volqoqradda partlayış törədən şəxs Dağıstanda öldürüldü
Bizi izləyin

Qırmızı.az

Volqoqradda partlayış törədən şəxs Dağıstanda öldürüldü

Rusiyanın Volqoqrad şəhərində 2013-cü ildə törədilmiş partlayışların təşkilatçılarından biri Dağıstanda ötən həftə keçirilmiş xüsusi əməliyyat zamanı öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Bürosu (FTB) məlumat yayıb. Məlumata görə, öldürülmüş yaraqlının "Qafqaz Əmilrliyi" qruplaşmasına daxil olan dəstələrdən birinə rəhbərlik edirmiş.

Xüsusi əməliyyat ötən cümə günü Dağıstanın Qarabudağkənd rayonunun Qurbuki kəndində keçirilib. Məlumata görə, xüsusi təyanatlılar şəxsi mülk evində barrikada qurmuş 5 nəfəri mühasirəyə alaraq əməliyyat keçiriblər. FTB məlumatına əsasən, öldürülən yaraqlılardan biri "Əbu Tahir" adı ilə tanınan 30 yaşlı Murad Zəlitdinov olub.

Xəbər verildiyi kimi, Zəlitdinov özünü keçən il Mahaçqalada partlatmış intiharçı Mədinə Əliyevanın əri olub. Rusiya antiterror komitəsinin məlumatına əsasən, öldürülmüş şəxs məsçid imamlarının qətlə yetirilməsi, hüquq mühafizə orqanları əməkdaşlarının həyatına sui-qəsd və sahibkarlara qarşı soyqunçuluq məqsədilə keçirilmiş hücumlarda iştirak edib.

FTB "Əbu Tahirin" intiharçı terrorçuların hazırlanmasına məsul şəxs olduğunu da qeyd edib.

Qeyd edək ki, Volqoqradda ötən ilin dekabr ayında 1 gün ara verilməklə 2 partlayış törədilmişdi. İlk partlayış dekbrın 29-da intiharçı tərəfindən şəhərin dəmiryol vağzalında törədilmişdi, səhərisi gün daha bir partlayış içi dolu trolleybusda baş vermişdi. Partlayışlar nəticəsində 30-dan çox adam həlak olmuş, 70 nəfər yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm