Qardaş bacısını boğub Kürə atdı
Bizi izləyin

Qırmızı.az

Qardaş bacısını boğub Kürə atdı

Qardaş bacasını qətlə yetirib. Hadisə Mingəçevir şəhərində qeydə alınıb.

Mingəçevir Şəhər Prokurorluğundan Publika.az-a verilən məlumata görə, bu gün səhər saatlarında 1978-ci il təvəllüdlü, Yevlax rayonunun Havarlı kənd sakini Asif Aydın oğlu Qasımov Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Ruhiyyə Aydın qızı Qasımova ilə dalaşıb. Mübahisə zamanı qardaş bacısını boğub və Kür çayına atıb. Nəticədə Ruhiyyə Qasımova boğularaq ölüb.

Verilən məlumatda o da qeyd olunur ki, hadisədən sonra Asif Qurbanov Mincəçevir Şəhər Polis Şöbəsinə təslim olub. O, ilkin ifadəsində bacısını namus üstündə öldürdüyünü deyib.

Mingəçevir Şəhər Prokurorluğundan bildirdilər ki, hazırda fatkla bağlı araşdırma aparılır: «Hələlik araşdırmalar gedir. Qətlin əsl səbəbləri dəqiq bəlli deyil. Bu istintaqın nəticəsindən sonra məlum olacaq. Qətli törətmiş Asif Aydın oğlu Qasımov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb».

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm