Qırmızı.az
Birlikdə yaşadığı qadını həyətində basdırıb - Şok cinayət
Gəncə şəhərində 2 ay əvvəl törədilmiş qətlin üstü açılıb.
Baş prokurorluqdan Publika.az-a verilən məlumata görə, dekabrın 19-da 1963-cü il təvəllüdlü, Gəncə şəhər sakini İsmayılov Vidalət Təbriz oğlu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gələrək nikahdan kənar yaşadığı 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Əliyeva Esmira Bağban qızını təxminən 50 gün əvvəl yaşadıqları mənzildə şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğduğunu etiraf edib. Bildirib ki, onu qəsdən öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.
Dərhal şəhər prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılmış, E.Əliyevanın meyiti basdırıldığı yerdən çıxarılıb ekspertin iştirakı ilə xarici və daxili müayinə olunub.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
V.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR