Tıxac bu yollarda hərəkəti iflic etdi – SİYAHI
Bizi izləyin

Qırmızı.az

Tıxac bu yollarda hərəkəti iflic etdi – SİYAHI

Bakı şəhərinin bəzi küçələrində tıxac nəqliyyatın hərəkətini iflic edib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Neftçilər prospektindən “Azneft dairəsi”, Ə. Əliyev küçəsindən Bülbül prospekti istiqamətində tıxac var.

Y. Səfərov küçəsindən şəhər istiqamətində və Ş.İ.Xətai prospektindən Təhsil Nazirliyinin qarşısında - hər iki istiqamətdə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə müvafiq olaraq N. Rəfiyev və Təbriz küçələrindən istifadə etmək tövsiyə olunur.

Bundan başqa, Azadlıq prospektindən şəhər istiqamətində, Həsən Əliyev küçəsindən “ASAN xidmət” istiqamətində və C. Cabbarlı küçəsindən Kaspian Plazanın qarşısına doğru tıxac müşahidə olunur. Sürücülərə alternativ yol kimi Bakıxanov və S. Vurğun küçələri ilə hərəkət etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm