Daha bir lisey direktoru vəzifəsindən azad edildi
Bizi izləyin

Qırmızı.az

Daha bir lisey direktoru vəzifəsindən azad edildi

Dövlət Dəmir Yolu Liseyinin direktor əvəzi Sədaqət Nəbiyeva və tərbiyə işləri üzrə direktor müavini Sevil Məmmədova öz ərizələri ilə tutduğu vəzifədən azad ediliblər.

Bu barədə Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib.

Həsən Bayramov Dövlət Dəmir Yolu Liseyinə tədris istehsalat işləri üzrə direktor müavini təyin olunub və müvəqqəti olaraq direktor vəzifəsinin icrası ona həvalə olunub.

Qeyd edək ki, bu ilin sentyabr ayında Publika.az-a Dövlət Dəmir Yolu Liseyində şagirdlərin qəbul edilməsi üçün 1000-1500 manat məbləğində rüşvət istənməsi ilə bağlı məlumat daxil olmuşdu. Valideynlərin məlumatına görə, pulu onlardan direktor müavini Sevil Məmmədova istəyib. Valideynlərin sözlərinə görə, nazirliyə şikayətdən sonra onlardan alınmış pul geri qaytarılıb. S.Məmmədova isə ona qarşı deyilən bu iddiaları qəbul etməmişdi. Təhsil Nazirliyindən isə məsələnin araşdırılacağı bildirilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm