Qırmızı.az
FHN-dən xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə bağlı xəbərdarlıq edib.
Publika.az-ın FHN-nin mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, Yeni il bayramında yanğın təhlükəsizliyi
tədbirlərinə riayət edilməlidir.
Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm
bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır. Küknar
ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə
olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir. Həmçinin
ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı
məhlula hopdurulmalıdır, küknar ağacı olan otaqda atəşfəşanlıq
edilməməlidir.
Eyni zamanda, şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda
keçirilməlidir, otağın divarları, arakəsmələri, tavan və döşəməsi
oda davamlı olmalıdır, məkanın iki çıxış qapısı olmalıdır, ehtiyat
qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə
olmalıdır, otağın qapıları mütləq bayıra açılmalıdır, dəmir
barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməlidir,
şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır,
şənlik zamanı işıq tam söndürülməməlidir, şənliyə pambıq, tənzif,
kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir,
şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin
olunmalıdır.
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...