Bayramqabağı qiymətlər yenə bahalaşdı
Bizi izləyin

Qırmızı.az

Bayramqabağı qiymətlər yenə bahalaşdı

Yeni il bayramı münasibətilə bu gündən başlayaraq paytaxtın bir sıra bazarlarında, alış-veriş mərkəzlərində bahalaşma müşahidə edilir. Publika.az xəbər verir ki, günün səhər saatlarından başlayaraq ərzağın, meyvə-tərəvəzin və ayrı-ayrı qida məhsullarının qiymətləri artıb.

Bahalaşma düyünün, şəkər tozunun, qəndin, toyuq ətinin, yumurtanın, kişmişin, qoz-fındığın, alça və ərik qurusunun, yağın, bananın, almanın, xurmanın qiymətlərində daha aydın hiss olunur. Bir çox meyvə-tərəvəz məhsullarının qiymətləri ən azı 20-25 qəpik artıb. Cəmi bir neçə gün əvvəl 80-90 qəpik arası olan almanın qiyməti indi 1 manat 10 qəpiyə, 1 manat olan almanın qiyməti isə 1 manat 30-40 qəpiyə qalxıb. Hazırda bazarlarda və marketlərdə armud, kivi və ananas 2 - 2,20 manata satılır. Habelə naringi və nar 1,5 (1,7) - 2 manata, heyva, mandarinin isə 1 manat 40 qəpiyə satışa çıxarılıb. Dekabrın üçüncü ongünlüyünün əvvəllərində 2 manat 30 qəpiyə satılan banan indi alıcılara 2 manat 50-60 qəpiyə təklif olunur.

Alış-veriş mərkəzlərində tərəvəzlərin də qiymətində artım müşahidə edilir. Qeyd edək ki, pomidor və xiyar 1 manat 70 qəpiyə, bibər 2,5 - 3 manata, ötən həftə kiloqramı 1 manata satılan kartof 1 manat 40 qəpiyə, soğan 80 qəpiyə, yerkökü isə 90 qəpiyədir. Xurma 2 manata, ananas isə 2,5 manata satışa çıxarılıb. Sadaladığımız qiymətlər bahalaşmanın bir sıra hallarda hətta 20-30 qəpik təşkil etdiyini göstərir.

Satıcılar meyvə-tərəvəzin qiymətinin artımını bayramöncəsi bölgələrdən gətirilən məhsulların onlara baha satılması ilə əsaslandırdılar. Bildirdilər ki, ötən həftənin əvvəlləri ilə müqayisədə indi bazarlara çıxarılan malın özü alverçilərə baha satılır. Bu səbəbdən də onlar məcburiyyət qarşısında qalıb qiymətləri artırıblar.

Qeyd edək ki, ekspertlər bazarlarda və marketlərdə bayramöncəsi ənənəvi olaraq qiymətlərin bahalaşacağını proqnozlaşdırırdılar.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm