Ələt-Astara yolunda qəza: 2 ölü
Bizi izləyin

Qırmızı.az

Ələt-Astara yolunda qəza: 2 ölü

Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində ağır qəza baş verib.

ANS xəbər verir ki, “Mersedes” markalı avtomaşının aşması faciə ilə nəticələnib.

Belə ki, hadisə nəticəsində “Mersedes”in sürücüsü, 1989-cu il təvəllüdlü Nəzərov Orxan Mirzəağa oğlu və sərnişini - 1985-ci ildə anadan olmuş Sadıqov Ramin Cəmaləddin oğlu hadisə yerində dünyasını dəyişiblər.

Avtomaşının sərnişini olan daha iki nəfər isə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə avtomaşının yüksək sürətlə idarə olunması səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm